Bakıda oteldə YANĞIN: 25 nəfər təxliyə edildi - YENİLƏNİB 

Bakıda oteldə YANĞIN: 25 nəfər təxliyə edildi - YENİLƏNİB 

Hazırda oxunan: Bakıda oteldə YANĞIN: 25 nəfər təxliyə edildi - YENİLƏNİB 

184122

Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində hər mərtəbəsi 750 m² olan dördmərtəbəli otel binasının ikinci mərtəbəsində sahəsi 9 m² olan saunanın yanar konstruksiyaları yanıb. 

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən 25 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından muhafizə olunub. 

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. 
 
*** 14:52

Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində oteldə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. 

Əlavə məlumat veriləcək. 

*** 14:34

Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində oteldə yanğın olması barədə ilkin məlumat daxil olub. 

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. 

Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir. 

Əlavə məlumat veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO