Sükan arxasında tum çırtlayıb, serial izləyən sürücü işdən çıxarıldı – VİDEO 

Sükan arxasında tum çırtlayıb, serial izləyən sürücü işdən çıxarıldı – VİDEO 

Hazırda oxunan: Sükan arxasında tum çırtlayıb, serial izləyən sürücü işdən çıxarıldı – VİDEO 

181807

“Sosial şəbəkələrdə “BakuBus” MMC-yə məxsus avtobusu idarə edən sürücünün xidmət zamanı tum çırtlaması və mobil telefonunda videoya baxmasını əks etdirən video görüntülər yayılıb. Məsələ tərəfimizdən dərhal araşdırılıb, sürücünün “BakuBus” MMC-nin istismarında olan 211 nömrəli marşrut xəttinin sürücüsü Ceyhun Camalov olduğu müəyyənləşdirilib”. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakubus MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda avtobus sürücüsü sükan arxasında serial izlədi - ANBAAN VİDEO


O bildirib ki, qeyd olunan hal “BakuBus”ın xidmət qaydalarının kobud pozuntusu halı kimi qiymətləndirilib və onun əmək qanunvericiliyinə uyğun olaraq işdən azad olunması barədə qərar qəbul edilib: 

“Baş vermiş hadisəyə görə sərnişinlərdən üzr istəyir və bu kimi halların təkrarlanmaması üçün bütün zəruri addımların atılacağına sizi əmin etmək istərdik. Fürsətdən istifadə edərək keyfiyyət standartlarını fəaliyyət prioriteti elan edən “BakuBus”ın bundan sonra da bu kimi hallara qarşı barışmaz olacağını bir daha diqqətə çatdırır, sərnişinlərimizə müraciət edərək  bu kimi hallarla qarşılaşdıqları zaman bizə məlumat vermələrini xahiş edirik”. 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO