Daha 8 baş ceyran Acınohur çölünə buraxıldı - FOTO/VİDEO

Hazırda oxunan: Daha 8 baş ceyran Acınohur çölünə buraxıldı - FOTO/VİDEO

181299

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, WWF və IDEA İctimai Birliyinin dəstəyi ilə Qax Dövlət Təbiət Yasaqlığının Acınohur çölünə ceyranların buraxılması həyata keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 2010-cu ildən həyata keçirilməyə başlanılmış bu tarixi layihə günümüzdə də uğurla davam etdirilir.  

"Azərbaycanda Ceyranların Reintroduksiyası" layihəsi çərçivəsində Şirvan Milli Parkından götürülən ceyranlar Acınohura gətirilərək çöllərə buraxılıb. Sevindirici haldır ki, əvvəllər populyasiyaları mövcud olmuş bu canlılar çöllərə tez uyğunlaşır. Onların sayının artması isə ilk növbədə təbiət əsgərləri-yegerlərin sayıqlığı, hərəkətləri üçün təhlükəsizliklərinin təmin edilməsindən irəli gəlir.   

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Arzu Babayevanın sözlərinə görə, ötən dövr ərzində 370 baş ceyran ölkənin müxtəlif ərazilərinə, tarixən ceyranların yaşadıqları ərazilərə reintroduksiya və çox uğurla davam etdirilir.  

“Olduğumuz bu ərazilərdə ceyranların müxtəlif faktorlardan nəsli kəsilmişdi və bu müddət ərzində 89 ceyran bura reintroduksiya olunub və indi onların sayı 400 başa kimi artıb” deyən nazirliyin rəsmisi qarşıdakı illərdə də layihənin davam etdiriləcəyini bildirib.

Qeyd edək ki,  Qax Dövlət Təbiət Yasaqlığı Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi, İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd yay otlaqlarında və Acınohur düzündə faunanın qorunması və nəsli kəsilmiş heyvan növlərinin bərpa edilməsi məqsədilə 2003-cü ildə təşkil edilib. Sahəsi 36.836 hektardır. 
 







Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO