AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim TƏKLİF EDİR 

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim TƏKLİF EDİR 

Hazırda oxunan: AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim TƏKLİF EDİR 
181136
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrindən biri olan Od çərşənbəsində Almatı və Astana istiqamətləri üzrə aviabiletlərə endirim təklif edir. 

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, xüsusi qiymətlər martın 5-də əldə edilən aviabiletlərə tətbiq edilir. 

Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 1 aprel–31 may 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamildir. 

Astana şəhərinə aviabiletlərin qiyməti bir tərəfə 169 manat, hər iki istiqamətdə 338 manat təşkil edir. Almatı şəhərinə bir tərəfə 239 manata, gediş-dönüş aviabiletlərini isə 399 manata əldə etmək olar. 

Aksiya çərçivəsində aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir. Endirimli aviabiletlərin sayı məhduddur. 

Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir. 

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO