Göyçayda “Şəhidlər muzeyi”nin açılışı olub - FOTO

Göyçayda “Şəhidlər muzeyi”nin açılışı olub - FOTO

Hazırda oxunan: Göyçayda “Şəhidlər muzeyi”nin açılışı olub - FOTO
181086
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Göyçayda “Şəhidlər muzeyi”nin açılış tədbiri keçirilib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə 6 nömrəli tam orta məktəbdə “Şəhidlər muzeyi” yaradılıb.

Muzeyin açılışında rayon rəsmiləri, rayon Təhsil sektorunun müdiri, şəhid ailələri, vətən müharibəsi əlilləri və iştirakçıları, məktəbin kollektivi, 6 nömrəli məktəbin məzunları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Muzeyin açılışında çıxış edənlər vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı daim xatırlamaq üçün “Şəhidlər muzeyi”nin yaradılmasını təqdirəlayiq hesab etdiklərini bildiriblər.
Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımları sayəsində 2020-ci ilin xalqımız üçün tarixi ədalətin bərpa olunduğu Zəfər ili kimi yadda qalıb. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş Vətən övladlarının döyüş yolunun öyrənilməsi, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi və onların şücaətinin təbliğində təhsil müəssisələrinin böyük rolu vardır. 

Sonra məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.



Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO