Xocalı faciəsi Laçın torpağında belə ANILDI - FOTO

Xocalı faciəsi Laçın torpağında belə ANILDI - FOTO

Hazırda oxunan: Xocalı faciəsi Laçın torpağında belə ANILDI - FOTO
179977
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fevralın 26-da saat 17:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Laçın rayonunda da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə Bizim.Media-ya Şərqi Zəngəzur İqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Həmin anda şəhərin küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, kənd və qəsəbələrdə Azərbaycanın dövlət bayraqları endirilib.

Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbirində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri, Şərqi Zəngəzur 2 saylı Bərpa, Tikinti-İdarəetmə Xidmətinin, “Laçın Abadlıq Xidməti” ASC-nin rəhbərliyi, Laçın şəhər 2 №-li tam orta məktəbin, eləcə də şəhid Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbinin kollektivi, yerli sakinlər, o cümlədən hərbiçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Anım tədbirində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Hüseyn Quliyev çıxış edib.

O bildirib ki, xalqımız tarixən bir çox soyqırımlara məruz qalıb, bunlardan biri də Xocalı soyqırımıdır: 

“32 il əvvəl ermənilərin Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər heç vaxt unudulmayacaq. Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, dünya tarixinə də ən faciəli səhifələrdən biri kimi daxil olub. Amma ermənilərin törətdiyi vəhşiliklər xalqımızın mübarizə əzmini qıra bilməyib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində şanlı Zəfər qazanmaqla Xocalı soyqırımı qurbanlarının qisasını alıb. İnanıram ki, bundan sonra Ali Baş Komandanın və məğrur ordumuz sayəsində ölkəmiz, xalqımız bu cür faciəni bir daha yaşamayacaq”.

Tədbirin rəsmi hissəsindən sonra “Lacinema” kino mərkəzində “Yarımçıq xatirələr” adlı film nümayiş etdirilib.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalıda dinc əhaliyə divan tutub. Hərbi təcavüz zamanı 613 nəfər dinc sakin qətlə yetirilib, 1275 nəfər girov götürülüb və 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib.

Xocalı faciəsi Laçın torpağında belə ANILDI - FOTO - foto 1
Xocalı faciəsi Laçın torpağında belə ANILDI - FOTO - foto 2
Xocalı faciəsi Laçın torpağında belə ANILDI - FOTO - foto 3
Xocalı faciəsi Laçın torpağında belə ANILDI - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO