Bakı-Ağstafa sürət qatarı niyə yolda qalıb? – RƏSMİ AÇIQLAMA – FOTO/VİDEO 

Bakı-Ağstafa sürət qatarı niyə yolda qalıb? – RƏSMİ AÇIQLAMA – FOTO/VİDEO 

Hazırda oxunan: Bakı-Ağstafa sürət qatarı niyə yolda qalıb? – RƏSMİ AÇIQLAMA – FOTO/VİDEO 
179019
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün səhər saat 08:45-də Bakıdan Ağstafaya yola düşən sürət qatarı Ələt stansiyasında dayanıb. Halbuki, qatar bu saatlarda mənzil başına çatmalı idi.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC ilə əlaqə saxladıq. Qurumdan Bizim.Media-ya bildirildi bu gün Bakı-Ağstafa istiqamətində hərəkət edən 706 saylı qatar kontakt sistemində yaranmış texniki nasazlığa görə Ələt-Atbulaq sahəsində dayanıb:

“Hazırda texniki problemin aradan qaldırılması istiqamətində zəruri işlər görülür. Sərnişinlərin mənzilbaşına təhlükəsiz çatdırılması üçün əlavə qatar təyin edilib. Artıq əlavə qatar sərnişinləri götürüb və Gəncə istiqamətində hərəkətdədir. Qeyd edək ki, dayanma zamanı sərnişinlərə ödənişsiz çay, kofe və şirniyyat paylanılıb. Sərnişinlərə göstərdikləri anlayış üçün təşəkkür edirik”.
 



Bakı-Ağstafa sürət qatarı niyə yolda qalıb? – RƏSMİ AÇIQLAMA – FOTO/VİDEO  - foto 1
Bakı-Ağstafa sürət qatarı niyə yolda qalıb? – RƏSMİ AÇIQLAMA – FOTO/VİDEO  - foto 2
Bakı-Ağstafa sürət qatarı niyə yolda qalıb? – RƏSMİ AÇIQLAMA – FOTO/VİDEO  - foto 3

Surxay Atakişiyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO