Bakı-Quba-Dağıstan yolunda xeyli sayda silah-sursat tapıldı - FOTO 

Bakı-Quba-Dağıstan yolunda xeyli sayda silah-sursat tapıldı - FOTO 

Hazırda oxunan: Bakı-Quba-Dağıstan yolunda xeyli sayda silah-sursat tapıldı - FOTO 
178508
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşları respublika əhəmiyyətli avtomobil yolunun kənarında silah aşkar edib. 

İdarədən Bizim.Media-ya verilən xəbərə görə, Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Qusar rayonu, Quxuroba kəndi ərazisindən keçən hissəsində xidmət aparan YPX Alayının əməkdaşları tərəfindən yolun kənarında, torpaq sahədə kisəyə bükülmüş qoşalülə ov tüfəngi aşkar edilib.

Götürülən silah sonrakı araşdırma üçün aidiyyəti polis orqanına təhvil verilib. 

Ümumiyyətlə, ötən il ərzində DYP xidmətinin əməkdaşları tərəfində 14 avtomat, 11 tüfəng, 1 tapança, 30 avtomat sandıqcası, 3 əl qumbarası, süngü bıçaq, döyüş patronu olmaqla xeyli sayda silah-sursat aşkar olunub. 
DYP xidməti inzibati hüquqpozmalarla yanaşı, cinayətkarlığa qarşı mübarizə tədbirlərini də əzmlə davam etdirir. 

Bakı-Quba-Dağıstan yolunda xeyli sayda silah-sursat tapıldı - FOTO  - foto 1
Bakı-Quba-Dağıstan yolunda xeyli sayda silah-sursat tapıldı - FOTO  - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO