1 gün əvvəl Əhmədi polis saxlayıb, atası oradan çıxardıb - ŞOK FAKTLAR

1 gün əvvəl Əhmədi polis saxlayıb, atası oradan çıxardıb - ŞOK FAKTLAR

Hazırda oxunan: 1 gün əvvəl Əhmədi polis saxlayıb, atası oradan çıxardıb - ŞOK FAKTLAR

178305

Xətai rayonunda öz ailə üzvlərini xüsusi amansızlıqla qətl edən 25 yaşlı gənc Əhməd Əhmədovla bağlı bəzi məqamlar açılıb.

Bizim.Media xəbər verir ki, musavat.com-un hüquq mühafizə orqanlarından aldığı informasiyaya görə, Əhməd Əhmədov gerçəkdən ağır psixi xəstə olub.

“Lakin onun anası, 59 saylı orta məktəbin direktoru Pikə Əhmədova övladının xüsusi tipli xəstəxanada müalicə olunmasına illərlə imkan verməyib. Bunu da onunla əsaslandırıb ki, oğlu xalq arasında "dəlixana" deyilən xəstəxanaya yatırılsa, onun karyerasına zərər gələrmiş. Hər kəs deyəcəkmiş ki, necə olur, məktəb direktoru öz övladını tərbiyə edə bilmir və onu dəlixanaya salırlar. Bu proses illərlə davam edib və ağır psixi xəstə olan Əhməd Əhmədovu valideynləri gizli müalicə etdiriblər. Bu müalicədə lazım olan dərmanlar gizli yollarla, baha qiymətə əldə edilib. Əhməd isə bəzən heç dərmanlarını içmirmiş", - deyə mənbə vurğulayıb. 

Bəlli olub ki, qətldən bir gün əvvəl Əhməd Əhmədov Xətai rayonundakı polis bölmələrindən biri tərəfindən xırda xuliqanlıq hərəkətinə görə saxlanıbmış: ‘’Atası Mehman Əhmədov 35 saylı bölməyə gedib və orada polislərə yalvarıb ki, oğlunu sutkalığa salmasınlar. Deyib ki, Əhmədin epilepsiyası var, polisdə qalsa epilepsiyası tutacaq və ölə bilər. Bununla da oğlunun azad olunmasına nail olub. Əgər o bilsəydi ki, Əhməd polisdən çıxıb, 24 saat sonra bütün ailəsini qətl edəcək, yəqin ki, belə faciəvi səhvə yol verməzdi’’.

Xatırladaq ki, Əhməd Əhmədov 15 yaşında olarkən bir yeniyetməni xüsusi amansızlıqla bıçaqlayıb, onun şikəst qalmasına səbəb olub. Həmin zaman da ailəsi onu qoruyaraq qarşı tərəflə barış əldə edib və Əhmədi cəzadan qoruyub.

Mötəbər mənbə iddia edir ki, valideynləri Əhməd Əhmədovdan qorxurmuş. Çünki onun tez-tez tutmaları olub və bu zaman özündə olmayıb, aqressiv davranıb, idarəolunmayan hərəkətlərə yol verib. Ona görə də valideynləri Əhmədə ayrı bir yerdə ev alıb, oraya köçürüblər. Üstəlik, ona maşın da alıblar, gündəlik də 30 manat pul veriblər.

Əhmədovlar əslən Qazaxın Daş Salahlı kəndindəndir.

Əhməd Əhmədov ona ‘’dəli’’ deyilməsindən çox qəzəblənirmiş.

Əhmədin qətl törətməsinin bir fraqmentini çəkib yayan isə qonşu qadın olub. O, videonu çəkməzdən öncə 102 xidmətinə məlumat veribmiş.

Hüquq mühafizə orqanlarından musavat.com-a bildirilib ki, Əhməd 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədovanı və onun 5 yaşlı qızını boğazlarını bıçaqla kəsərək öldürüb. Atasını, anasını və 15 yaşlı qardaşı Məhəmməd Əhmədovu balta ilə, başlarını əzərək öldürüb.

Azərbaycan tarixində analoqu olmayan bu qətliam cəmiyyətdə şok effekti yaradıb və dərin izlər buraxıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO