Xocavənd, Tərtər və Goranboyun minalanmış əraziləri barədə məlumatlar təqdim edilməyib - RƏSMİ 

Xocavənd, Tərtər və Goranboyun minalanmış əraziləri barədə məlumatlar təqdim edilməyib - RƏSMİ 

Hazırda oxunan: Xocavənd, Tərtər və Goranboyun minalanmış əraziləri barədə məlumatlar təqdim edilməyib - RƏSMİ 

177738

Ümumilikdə mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. 

Qeyd edilib ki, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi 25% təşkil edib. 
Xatırladaq ki, Ermənistan işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO