Şimal-Qərb bölgəsində MARAQLI STATİSTİKA – Ən gənc və yaşlı seçicilər KİMLƏRDİR? – FOTO  

Şimal-Qərb bölgəsində MARAQLI STATİSTİKA – Ən gənc və yaşlı seçicilər KİMLƏRDİR? – FOTO  

Hazırda oxunan: Şimal-Qərb bölgəsində MARAQLI STATİSTİKA – Ən gənc və yaşlı seçicilər KİMLƏRDİR? – FOTO  

177033

Qaxda seçkilər şəffaf və demokratik keçirilir, qanun pozuntusu aşkarlanmayıb.

Bu barədə Bizim.Media-nın yerli bürosuna 113 saylı Qax-Şəki Dairə Seçki Komissiyasından məlumat verilib. 

Məlumatda bildirilib ki, dairənin tərkibinə daxil olan 72 seçki məntəqəsinin 59-u Qaxda, 13-ü isə Şəki rayonunda yerləşir. 

Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 54 min 330 seçici qeydə alınıb. Onlardan 2732 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. 

Seçicilərin 937 nəfəri 80-100 yaş arasındadır. Dairə üzrə qeydə alınan ən yaşlı seçici isə Qax rayonunun Əlibəyli kəndində yerləşən 46 saylı seçki məntəqəsində səs verəcək 98 yaşlı Barixaşvili Vera Kostayevnadır.

Bütün seçki məntəqələri lazımi avadanlıqla, rabitə və digər texniki vasitələrlə təmin edilib. Səsvermənin gedişini izləmək üçün 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb. İndiyədək 960 yerli müşahidəçi dairədə qeydiyyatdan keçib, 620 seçiciyə qeydiyyatdançıxma vəsiqəsi verilib.
Dairənin tərkibində olan 1 saylı seçki məntəqəsi şəhər 1 nömrəli tam orta məktəbin binasında yerləşir. Məntəqədə prezident seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçicilərə səsvermənin tarixi, vaxtı və yeri barədə bildirişlər paylanılıb.

Məntəqə seçki komissiyasının sədri Təranə Əhmədova bildirib ki, məntəqə üzrə 935 seçici qeydə alınıb. Onlardan 40 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Ən yaşlı seçici isə 1933-cü il təvəllüdlü Alakulaşvili İsako Nikolayeviçdir.

Dairənin tərkibindəki 9 saylı seçki məntəqəsində də prezident seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün hər cür şərait yaradılıb. Məntəqə Qax şəhərindəki 4 nömrəli tam orta məktəbin binasında yerləşir. Məntəqə seçki komissiyasının sədri Firudin Mustafayevin məlumatına görə, məntəqə üzrə 1210 seçici qeydə alınıb. 

Onlardan 24 nəfəri seçkilərdə ilk dəfə səs verəcək. Seçicilərin 16 nəfərinin yaşı 80-dən yuxarıdır.

Məntəqə üzrə yaşlı və səhhətində problemləri olan seçicilərin də siyahısı çıxarılıb. Müraciət olunarsa, onların evlərinə daşınan seçki qutusu göndəriləcək. Məntəqə üzrə ən yaşlı seçici isə 1935-ci il təvəllüdlü Şahmalıyeva Fətmət Xəlil qızıdır.

Bundan əlavə, Şəki şəhər sakini Məhəmməd Rəcəbov 18-ci doğum günündə səs verib. Seçki prosesi bu rayonda öz axarı və aktivliyi ilə davam edir. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO