ANAMA-dan bir daha vətəndaşlara ÇAĞIRIŞ: “Diqqətli olun”

ANAMA-dan bir daha vətəndaşlara ÇAĞIRIŞ: “Diqqətli olun”

Hazırda oxunan: ANAMA-dan bir daha vətəndaşlara ÇAĞIRIŞ: “Diqqətli olun”

176564

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunda baş verən mina partlayışı ilə bağlı məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, fevralın 4-də Tərtər rayonunun Qızıloba kəndi ərazisində mina hadisəsi baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Tərtər sakini minaya düşdü


Keçmiş təmas xətti ərazisində baş verən mina hadisəsi zamanı Tərtər rayonu Qaradağlı kənd sakini 2001-ci il təvvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu zərərçəkib.

Minalardan təmizlənməmiş ərazidə mal-qara otaran zaman piyada əleyhinə mina partlayışından xəsarət alan şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.

“ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, mina xəbərdaredici nişanlara və təhlükə bildirən göstəricilərə diqqət etməyə, xüsusilə keçmiş təmas xətti boyu ərazilərin minalarla ciddi şəkildə çirkləndiyini nəzərə alaraq, bələd olmadıqları ərazilərə daxil olmamağa və tələb olunan qaydalara riayət etməyə çağırır!”, - deyə ANAMA-dan bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO