Beyləqanda 3 nəfərin həyatını itirdiyi qəza yerindən VİDEOGÖRÜNTÜ

Hazırda oxunan: Beyləqanda 3 nəfərin həyatını itirdiyi qəza yerindən VİDEOGÖRÜNTÜ

175734

Beyləqanda baş verən ağır yol qəzasında ölənlərin kimliyi bəlli olub. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bunlar “VAZ” markalı minik avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü İlqar Məmmədov, “KamAZ” markalı yük maşının sürücüsü, 1973-cü il təvəllüdlü Barat İsmayılovdur. 
 

MÖVZU İLƏ BAĞLI:

Beyləqanda ağır QƏZA: Ölənlər var - YENİLƏNİB


Qəzada ağır yaralanan daha bir nəfər - 1985-ci il təvəllüdlü Şükürzadə Şəmşir Abış oğlu İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, hadisə Beyləqan rayonunun İmamverdili kəndi ərazisində, İmişli-Beyləqan avtomobil magistralının üzərində yerləşən körpüdə baş verib. “KamAZ” markalı avtomobil idarəetməni itirərək qarşı yola çıxıb və “VAZ 2105” markalı minik avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili körpüdən aşaraq Bakı-Horadiz dəmir yolu xəttinin üzərinə düşüb. Nəticədə hər iki sürücü və “VAZ 2105” markalı avtomobildə olan sərnişin hadisə yerində ölüblər. 

Bizim.Media, Aran bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO