Beyləqanda ağır QƏZA: Ölənlər var - YENİLƏNİB

Beyləqanda ağır QƏZA: Ölənlər var - YENİLƏNİB

Hazırda oxunan: Beyləqanda ağır QƏZA: Ölənlər var - YENİLƏNİB

175715

Beyləqanda ağır yol qəzası baş verib, 3 nəfər dünyasını dəyişib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun İmamverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Hadisə zamanı “KamAZ” markalı yük maşını ilə “VAZ 2105” markalı minik avtomobili toqquşub. Nəticədə “KamAZ”ın sürücüsü və “VAZ 2105”in sürücüsü və sərnişini elə hadisə yerindəcə dünyasını dəyişib. 
Ölənlərin meyitləri aidiyyatı üzrə təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır. 

Bizim.Media, Aran bürosu




*** 09:13

Beyləqanda ağır yol qəzası olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Beyləqan rayonunun İmamverdilər kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “VAZ” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. 

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti “KamAZ” markalı yük avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO