Bakı-Quba ödəniş yolunda sürət həddi varmı?

Bakı-Quba ödəniş yolunda sürət həddi varmı?

Hazırda oxunan: Bakı-Quba ödəniş yolunda sürət həddi varmı?

174602

Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda sürət həddi ilə bağlı məsələ ciddi suallar yaratmaqda davam edir. Yol ilk istifadəyə verildiyi vaxtda yolda avtomobillərin yüksək sürətlə hərəkət etməsi ilə bağlı videolar sosial şəbəkələrdə geniş paylaşılmağa başlandı. Bundan sonra isə yolda sürət həddini göstərən lövhələr quraşdırıldı.

Quraşdırılan yol nişanına görə yoldakı sürət həddi 110 km/saat müəyyənləşdirilmişdi.

Yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərkən isə AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında bildirdi ki, ödənişli yolda radar və nəzarət yoxdur. Həmin yollarda qoyulan 110 km/saatlıq sürət həddi ilə bağlı nişanlar, sadəcə, xatırlatma məqsədi daşıyır.

“Biz sürücülərə xəbərdarlıq üçün həmin nişanları quraşdırmışıq. Orada heç bir radar və nəzarət yoxdur. Sürət həddini 110 km/saat-dan yuxarı kim sürmək istəyirsə, sürsün”, - deyə sədr əlavə etmişdi.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bugün artıq yolda radar və videokamera nişanları yerləşdirilib.

"Artıq ödənişli avtomobil yolunda maksimal sürət həddini göstərən yol nişanları quraşdırılıb. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129 kilometrlik ödənişli hissəsində ən yüksək sürət həddi 110 km/saatdır. Yolun başlanğıc nöqtəsi – Yeni Yaşma ödəmə məntəqəsindən, son nöqtəsi – Yeni Sudur ödəmə məntəqəsinədək olan hissəsində bütün yolboyu sürət həddini göstərən nişanlara rast gəlmək olar.
Bununla yanaşı yaxın vaxtlarda yolda radarlar və digər xüsusi texniki vasitələrin quraşdırılması da nəzərdə tutulub. Artıq yolboyu radar və videokamera nişanları yerləşdirilib".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO