Prezident seçkilərini izləmək üçün 17 500-dən çox müşahidəçi akkreditasiyadan keçib - RƏSMİ 

Prezident seçkilərini izləmək üçün 17 500-dən çox müşahidəçi akkreditasiyadan keçib - RƏSMİ 

Hazırda oxunan: Prezident seçkilərini izləmək üçün 17 500-dən çox müşahidəçi akkreditasiyadan keçib - RƏSMİ 

172935

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün 17 500-dən artıq müşahidəçi akkreditasiyadan keçib.

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 6 300 ətrafında olacaq seçki məntəqəsində hərəsinə 3 müşahidəçi olacaq: 

“Müşahidəçi nə qədər çox olsa yaxşıdır”.
Qeyd edək ki, bu gün Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti Seçkilərində fəaliyyətinin əsaslarına həsr edilən müşavirə keçirilir.

Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO