Təzyiq xəstələri bayram süfrəsində nə yeyib-içməlidir?

Təzyiq xəstələri bayram süfrəsində nə yeyib-içməlidir?

Hazırda oxunan: Təzyiq xəstələri bayram süfrəsində nə yeyib-içməlidir?
171723
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yeni il hipertoniklər üçün əsl sınaq ərəfəsi olur. Çünki onlar rejimlərindən çıxır və normadan çox yemək, içki qəbul edirlər.

Bizim.Media xəbər verir ki, nevroloq Yekaterina Demyanovskaya təzyiq xəstələri üçün təhlükəli Yeni il qidalarını açıqlayıb.

“Süfrədə olan duzlu, ədviyyatlı məzələr, kolbasa, hisə verilmiş qidalar, pendir, turşu, sular bədəndə mayeni tutub saxlayır.

Bu isə damarlara təzyiqi artırır və təzyiq yüksəlir. Təzyiq xəstələri marinad olunmuş qidalar, içində xiyar, turşu olan salatlar, kolbasa, pendirdən imtina etməlidir. Onlar duzsuz qidalar seçməlidir. Evdə 2 təzyiq xəstəsi varsa, masadan duzqabı götürülməli, yeməklərə duz vurulmamalıdır.

Duz əvəzi limon şirəsi, alma sirkəsi, sarımsaqlı sous vura bilərsiz.

Kolbasada olan qlutamat natrium böyrəkləri yükləyir və bədəndən mayenin süzülməsini çətinləşdirir.

Eləcə də təzyiq çox yeməkdən, alkoqoldan, heyvani qidalardan da qalxa bilər.

Təzyiqi olanlara şampan, şirin çaxır, qazlı limonadlar olmaz.

Şampan və bəzi şərablar təzyiqi qəfil anidən qaldırır. Bu isə hipertonik kriz deməkdir (medicina.az).

Şampan əvəzinə quru çaxır seçin, doza 2 qədəh”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO