Astarada torpaq SÜRÜŞMƏSİ - Ev qəzalı vəziyyətə düşdü

Astarada torpaq SÜRÜŞMƏSİ - Ev qəzalı vəziyyətə düşdü

Hazırda oxunan: Astarada torpaq SÜRÜŞMƏSİ - Ev qəzalı vəziyyətə düşdü
170261
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Astara rayonunda torpaq sürüşməsi baş verib, bir ev qəzalı vəziyyətə düşüb. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, təbiət hadisəsi dağlıq ərazidə yerləşən Şüvi kəndində qeydə alınıb. 

Sürüşməyə son zamanlar yağan intensiv yağışların səbəb olduğu bildirilir. 

Belə ki, 15-20 metr məsafədə torpaq qatı 50 metr aşağı sürüşərək təhlükəli vəziyyət yaradıb və kənd sakini Habil Cümşüdova məxsus ev qəzalı vəziyyətə düşüb, divarlarda çatlar yaranıb.

Vəziyyətlə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb, əraziyə baxış keçirilib. Qəza şəraiti müəyyən olunaraq evin sahibinə lazımi göstərişlər verilib. 
Qeyd edək ki, sürüşmə zonasında daha 10-a yaxın ev var. Sürüşmə davam edəcəyi təqdirdə həmin evlər də təhlükə ilə üz-üzə qala bilər. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO