Azərbaycana 15 kiloqramdan çox narkotik keçirmək istəyən İran vətəndaşı saxlanıldı – FOTO  

Azərbaycana 15 kiloqramdan çox narkotik keçirmək istəyən İran vətəndaşı saxlanıldı – FOTO  

Hazırda oxunan: Azərbaycana 15 kiloqramdan çox narkotik keçirmək istəyən İran vətəndaşı saxlanıldı – FOTO  
169136
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsi İrandan Azərbaycana 15 kiloqramdan çox narkotik keçirmək istəyən İran vətəndaşını saxlayıb. 

Bu barədə Bizim.Media-ya DSX-dən məlumat verilib. 

Bildirilib ki, dekabr ayının 14-də saat 15:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası vətəndaşı saxlanılıb. 

Saxlanılan şəxsin üzərindəki bağlamaya baxış keçirərkən 15 kiloqram 600 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. 

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir. 

Azərbaycana 15 kiloqramdan çox narkotik keçirmək istəyən İran vətəndaşı saxlanıldı – FOTO   - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO