"Havanın temperaturu 10 gün ərzində ciddi dərəcədə azalmayacaq" - Umayra Tağıyeva

Hazırda oxunan: "Havanın temperaturu 10 gün ərzində ciddi dərəcədə azalmayacaq" - Umayra Tağıyeva

166476

"Hava ilə bağlı daha etibarlı proqnozlar 3-4 günlük, bir həftəlik olur".

Bizim.Media xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada deyib. 

O bildirib ki, bundan daha uzun müddətə nəyisə söyləmək dəqiq deyil: "Bu, ancaq fərziyə ola bilər. Lakin qış fəsli üçün bütün qurumların hazırlıq işləri aparması təqdirəlayiqdir. Çünki gözlənilmədən iqlim dəyişmələri fonunda hava sürprizləri ilə qarşılaşırıq.
Noyabr ayında temperaturun normadan 7 dərəcə yüksək olması gözlənilmirdi. Lakin belə oldu. Buna görə bu il qış fəslində soyuq dövrlər də istisna edilmir. Lakin yaxın həftə, on gün ərzində biz hələ ki, havanın temperaturunun ciddi dərəcədə azalacağını gözləmirik".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO