Xaçmaz polisi sənədsiz silah-sursat AŞKARLAYIB - FOTO

Xaçmaz polisi sənədsiz silah-sursat AŞKARLAYIB - FOTO

Hazırda oxunan: Xaçmaz polisi sənədsiz silah-sursat AŞKARLAYIB - FOTO

165826

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 3 ədəd müxtəlif markalı tüfəng təhvil götürülüb.

Bundan başqa polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində  1 ədəd “AK-74” markalı avtomat, eləcə də 6 ədəd patron darağı və 194 ədəd güllə aşkar ediblər.

Faktlar üzrə Xaçmaz RPŞ-də müvafiq araşdırmalar aparılır.



Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO