İçərişəhərdə tarixi binanın fasadı bərpa edilir - FOTO

İçərişəhərdə tarixi binanın fasadı bərpa edilir - FOTO

Hazırda oxunan: İçərişəhərdə tarixi binanın fasadı bərpa edilir - FOTO

164767

2023-cü ildə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi olan Ə. Əliyev küçəsi 1 ünvanında yerləşən binanın fasadının karniz hissələrində bərpa işləri aparılıb.

Bu barədə Bizim.Media-ya İçərişəhər Qoruq İdarəsindən bildirilib.

Tarixi binanın karniz hissəsində atmosfer təsirləri nəticəsində piyadalar üçün təhlükə yarada biləcək xırda daş parçalarının, karnizin və kronşteynlərin tökülmə təhlükəsinin qarşısını almaq üçün bərpa işlərinin aparılması üçün zərurət yaranmışdı.

Bərpa nəticəsində təhlükəli daşlar təmizlənərək bərkidilmiş, kronşteynlərdə olan nəbati naxışlar xüsusi əhəng məhlulları ilə bərpa edilmiş, daşları bərkidilmiş, metal hissələr qoruyucu qatlarla örtülmüşdür.
Nəticədə tarixi bina ilkin vəziyyətə qaytarılmışdır.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO