Bakıda gənc reper itkin düşüb - FOTO 

Bakıda gənc reper itkin düşüb - FOTO 

Hazırda oxunan: Bakıda gənc reper itkin düşüb - FOTO 

164399

Bakıda reper kimi tanınan 1991-ci il təvəllüdlü İbrahim Nəzərli itkin düşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. 

Onların sözlərinə görə, o, noyabrın 9-da, saat 15:00 radələrində, Qaradağ rayonu Sahil qəsəbəsində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. 
Evdən çıxarkən əynində göy rəngli cins şalvar, ağ qara qarışıqlı idman ayaqqabısı, əynində ağ rəngdə kofta, qara papaqlı idman gödəkçəsi olub. 

Hadisə ilə bağlı polisə məlumat verilib. 

İ.Nəzərlini görən və ya onun barəsində məlumatı olanlardan 050 644 33 15 nömrəli telefona və ya Daxili İşlər Nazirliyinin ‘’102’’ xidməti-zəng mərkəzinə xəbər vermələri xahiş olunur. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO