Davamçı gənclər şəbəkəsinin formalaşdırılması prosesi həyata keçirilir

Davamçı gənclər şəbəkəsinin formalaşdırılması prosesi həyata keçirilir

Hazırda oxunan: Davamçı gənclər şəbəkəsinin formalaşdırılması prosesi həyata keçirilir

16370

“Davam” Gənclər Hərəkatı tərəfindən həyata keçirilən davamçı gənclər şəbəkəsinin formalaşdırılması prosesi çərçivəsində yeni üzv olan gənclərlə səmimi görüşlər keçirilir. 

Bizim.Media xəbər verir ki, görüşlər zamanı "Davam" Gənclər Hərəkatının fəaliyyəti və gələcək layihələri haqqında məlumat verilib. Bununla yanaşı gənclər özlərini təqdim edib, suallarını ünvanlayıb, öz təklif və ideyalarını irəli sürüblər.

 

MÖVZU İLƏ BAĞLI:

"Davam" “Novruz Xonçası” ilə qazilərə baş çəkdi - FOTO


Səmimi söhbət əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

Bu günə kimi baş tutan görüşlərdə "Davam" Gənclər Hərəkatının baş katibi Nigar Aslanova, İdarə heyətinin üzvləri – Sara Rəcəbli, Reyhan Camalova, Rasul Çunayev, Sabir Rüstəmov, Nərmin Knyazlı, Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev iştirak edib. 

Qeyd edək ki, hərəkatın fəaliyyətinin şaxələnməsinə göstərdiyi dəstək üçün Azərbaycan Respublikasının Gənclər Fonduna təşəkkür edirik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO