Vətən müharibəsinin xronikası: 8 noyabr

Vətən müharibəsinin xronikası: 8 noyabr

Hazırda oxunan: Vətən müharibəsinin xronikası: 8 noyabr

163457

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.

Bizim.Media 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

Müharibənin 43-cü günü - Şuşa işğaldan azad olundu

• Şuşa şəhəri işğaldan azad edilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib.

• Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edərək onu Şuşa şəhərinin işğalçılardan azad olunması münasibətilə təbrik edib.

• Prezident İlham Əliyev Türkiyənin xarici işlər və milli müdafiə nazirlərini qəbul edib.

• Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib.

• Müdafiə Nazirliyi: Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir

• Döyüş əməliyyatları müxtəlif intensivlikdə cəbhənin əsasən Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsi, dörd T-72 tankı, iki D-20 topu və döyüş sursatı ilə dolu bir neçə hərbi yük avtomobili sıradan çıxarılıb.
• Cəbhənin Xocavənd istiqamətində Ermənistan ordusunun ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib. Düşmənin yüksək vəzifəli şəxsləri məhv edilib. 

• Xocavənd istiqamətində düşmən bəzi mövqeləri ataraq qaçıb.

• Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan Balasoltanlı kəndinin videogörüntüsünü paylaşıb.

• İşğaldan azad olunmuş Zəngilan rayonundakı sərhəd zastavalarında Dövlət Bayrağımız ucaldılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO