Biləsuvarda ağır qəza: Xəsarət alanlar var

Biləsuvarda ağır qəza: Xəsarət alanlar var

Hazırda oxunan: Biləsuvarda ağır qəza: Xəsarət alanlar var

162964

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası olub. 

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Belə ki, "Niva" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobillə toqquşub. 

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, rayonun Nəsimikənd kənd sakini, 1945-ci il təvəllüdlü Xudayar Qulamov  və sərnişini, 32 yaşlı Telman Qulamov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO