Əziz Prezidentimiz, Zati-aliləri!xa0
Dünyaya gəlməyinizn 55 ili, prezidentliyinizin 13 ili və üzümüzə gələn Yeni il münasibətilə Sizi, ailənizi və Azərbaycan xalqını təbrik edirəm! xa0xa0
Siz dünyanın ən böyük dövlət xadimlərindən olan Heydər Əliyevin oğlusunuz və onun siyasi məktəbinin qüdrətli davamçısısınız!xa0
Sizin Azərbaycana rəhbərliyiniz dövründə Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, digər şəhər və rayonlarımız ğözəlləşib. xa0
Bu gün Bakı gözəllikdə bir Avropa şəhəridir. Böyük və gözəl yeraltı keçidlər, gözəl yollar, gözəl və möhtəşəm binalar və parklar Bakını dünya səviyyəli Avropa şəhərinə çevirib. xa0 Sumqayıtda Azərbaycanın ikinci böyük dənizkənarı parkı salınır.xa0
Siz Heydər Əliyevin Azərbaycanı müstəqil enerji dövlətinə çevirmək missiyasını uğurla davam etdirərək, elektrik stansiyalarının güc qoyuluşlarını 6000 meqavattan yüksəyə qaldırmısınız.xa0
Siz Azərbaycanda əmin-amanlıq yaratmısınız!
Siz Ulu Öndər Heydər Əliyevin balanslı xarici siyasət kursunu yaradıcı şəkildə davam etdirirsiniz.
Sizin balanslı xarici siyasət kursunuzda zaman və situasiya faktorları mühüm rol oynayır.xa0
Sizin balanslı xarici siyasətinizin xa0yönəldiyi ölkələrin Azərbaycana qarşı zamandan asılı olan münasibətləri ciddi şəkildə tarazlaşdırılır.xa0
Siz balanslaşdırılmış xarici siyasət kursunuzu zamandan asılı olaraq tarazlaşdırmaqla Azərbaycanımızın müstəqilliyini, ölkəmizdə və bölgəmizdə sülhü və əmin-amanlığı qoruyursunuz. xa0
Sizin böyük sülhyaratma misssiyanız var.xa0
Siz Rusiya ilə Türkiyə arasında böyük inkişafa, bölgəmizin və dünyanın siyasi mənzərəsini dəyişməyə qadir olan sülhün və əməkdaşlığın yaradılmasına gedən yolu açan 1-ci dövlət başçısısınız!xa0
Sizin parlaq təfəkkürünüz və yüksək idarəçilik qabiliyyətiniz sayəsində Azərbaycan neft ölkələrinin əksəriyyətindən fərqli olaraq dünyada baş verən iqtisadi böhranlardan minimum itkilərlə çıxa bilib.xa0
Siz Azərbaycan tarixində özünüzün "xalqın ən böyük xidmətçisi" oldugunuzu dəfələrlə bəyan edən və bütün məmurları da sizdən nümunə götürərək "xalqın xidmətçisi" olmağa dəvət edən yeganə dövlət başçısısınız.xa0
Yuxarıda sadaladıqlarımın məntiqi nəticəsi olaraq inamla deyə bilərəm ki, bu günkü mürəkkəb tarixi situasiyada Azərbaycanın Prezidenti məhz Siz olmalısınız. Ona görə tarix də, xalqımız da Azərbaycanı gələcəyə aparmaq missiyasını Sizə həvalə edib.xa0
Əziz Prezidentim! 1993-cü il yanvarın axırlarında Ulu Öndər Heydər Əliyevlə 1,5 saatlıq görüşümün təsirindən yaranmış "Heydər Əliyev tarixlər yaratdı. Heydər Əliyevin, İlham Əliyevin və Mehriban Əliyevanın tarixi missiyaları", xa02008-ci il Prezident seçkisində, 2009-cu ilin refrerendumunda və 2013-cü ilin Prezident seçkisində gördüyümüz işlərdən yaranan "Mənim Prezidentim İlhamdı", 2016-cı il referendumu döründə xa0gördüyümüz işlərdən yaranan "Referendum: İlham Əliyevin Yeni Dövlət Modeli" adlı 3 kitabımın elektron nüsxələrini ad gününüzə hədiyyə olaraq Sizə göndərirəm. İnanıram ki, qədirbilən insanlar siyasi mənasına və orijinallığına görə digər kitabların hamısından fərqlənən, dövləti əhəmiyyətli tədbirlərdə gördüyümüz işlərdən yaranan kitablarımın əslini də Sizə təqdim edəcəklər!xa0
Sizə və ailənizə can sağlığı və uğurlar, Azərbaycanımıza inkişaf və rifah arzulayıram. Ad gününüz mübarək olsun! xa0

Böyük hörmət və ehtiramla,xa0
Prof.Dr. Qüdrət İsaqov,xa0
Avropa Təbiət Elmləri Akademiyasının(ATEA) akademiki, xa0
ATEA-nın Beynəlxalq Rentgen medalı laureatı,xa0
Rusiyada nəşr olunan "Beynəlxalq Alternativ Energetika
xa0və Ekologiya Jurnalının" baş redaktorunun müavini,
AMEA Fizika İnstitutunun əməkdaşıxa0




































































































