“Piyli, kök kişiyə aşiq olmaq mümkün deyil. Kişinin kök qadını bəyənməyi hardasa mümkün ola bilər. Amma qadının kök kişini bəyənməsi mümkünsüzdür”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında tanınmış psixoloq Elmir Əkbər deyib.
MÖVZU İLƏ BAĞLI:
Paytaxt sakinləri plastik əməliyyat etdirən kişilərə necə baxırlar? – VİDEOSORĞU
Psixoloqun sözlərinə görə, qadınların kök kişiləri daha çox sevməsi intriqalı məqamdır:
“Mən özüm də bilmədən, yəqin ki, o adamları pis vəziyyətdə qoymuş oluram. Bəlkə də hansısa sirləri açmış oluram. Ancaq məsələ bundan ibarətdir ki, təbiəti aldatmaq mümkün deyil. Hər şey biologiyanın qanunları ilə baş verir. Bu qanunlar isə instinktlərlə tənzimlənir və heç vaxt ola bilməz ki, şir nə qədər gözəl olsa da, pələng ona aşiq olsun.
Yəni hər şey, hər kəs öz növündən olan fərdə aşiq olur. Çirkinlik və gözəllik də belədir. Bütün gözəlliyin və çirkinliyin arxasında bioloji, genetik kodlar dayanır. Niyə bir insan bizə gözəl və çəkici gəlir? Çünki bioloji olaraq bizə siqnal gəlir ki, onun genləri sağlamdır və ondan uşaq dünyaya gətirmək yaxşı olar”.
O ki qaldı o kök kişiyə aşiq olmağa...
“Piyli, kök kişiyə aşiq olmaq mümkün deyil. Kişinin kök qadını bəyənməyi hardasa mümkün ola bilər. Amma qadının kök kişini bəyənməsi mümkünsüzdür. Ona görə ki, bunu bütün savadlı həkimlər bilirlər ki, estrogenlər artıq piy toxuması tərəfindən sintez olunur. Yəni estrogenlər piy toxuması ilə bilavasitə bağlıdır və o, qadın hormonudur.
Artıq çəkili kişilərdə testesteron problemi var. Məsələn, insana testesteron vuranda nə olur? Piy vasitəsi ilə əzələ çıxır. Çünki kişilik hormonu olan testesteron piyi aparır, əzələni böyüdür. Qadın hormonu olan estrogen isə tam əksinə effekt verir.
Ona görə də balıq ətli dediyimiz qadınlar kiminsə xoşuna gələ bilər, çünki bu, onda estrogenin bolluğunu göstərir və bioloji müsbət siqnal hesab oluna bilər.
Hər şeyin arxasında elm durur. Kişilərdə isə artıq piyin olmağı onun zəif işləməsinin, hormonal problemlərinin olmasının göstəricisidir. Bu, onun həm ehtirasına, həm cinsi potensialına, həm də libidiosuna təsir göstərir”.
Bəs, gözəl bədən forması olan qadınlar niyə qarınlı kişilərə meyil edirlər?
“Çünki onların “həcilər”dən xoşu gəlir, onlar pul dalınca çıxıblar. Yəni “qarınlı kişi istəyirəm” deyən gənc qızlar məhz özünü sığortalayır. Təbii ki, fit formaya malik, ideal quruluşda, bədən formasında olan oğlan dəli və gicbəsər deyil ki, qadınlara pul töksün. Onlar özünü təqdim edirlər və qarşı tərəfdən də pulsuz münasibət gözləyirlər.
Amma qarınlı kişilər qadını əldə eləmək üçün ona pul xərcləyirlər, hədiyyələr alırlar. Buna görə də, qarınlı kişi bəyəndiyini bildirən qızlar əvvəlcədən özlərini bu sözləri deməklə sığortalayırlar ki, sabah yanında kök kişi görəndə heç kim təəccüblənməsin. Yəni bunun əksini iddia edən xanımlar gözlərinin içinə kimi yalan danışırlar.
Buna milyon faiz əmin ola bilərsiniz. Alfa kişi isə ancaq dəyər verdiyi xanıma pul xərcləyir, hədiyyələr alır. Çünki bu tip kişilər bilir ki, yanındakı xanım onun özünə dəyər verməlidir, puluna yox. Yəni indiyə kimi eşitdiyim ən absurd iki fikirdən biri də məhz baxımlı xanımların kök kişiləri bəyənməsidir. Digəri isə Paşinyan və ermənilərin Qarabağ haqqında səsləndirdikləri fikirlər idi”.
Nuranə Daxilqızı, Bizim.Media