Bakıda polis serjantı Xəzər Zamanov dəfn edildi – FOTO/YENİLƏNİB  

Bakıda polis serjantı Xəzər Zamanov dəfn edildi – FOTO/YENİLƏNİB  

Hazırda oxunan: Bakıda polis serjantı Xəzər Zamanov dəfn edildi – FOTO/YENİLƏNİB  
156088
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupunun Xocavənddə yerləşdirdiyi minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşı Xəzər Zamanov dəfn olunub. 

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, mərhum Yeni Günəşli qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. 
 
*** 10:02

Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşı Xəzər Zamanovla vida mərasimi keçirilir. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, mərasim Bakı şəhəri Nizami rayonunda keçirilir. 

Mərasimdə mərhumun yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər. 

Qeyd edək ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci il təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar. 

Bakıda polis serjantı Xəzər Zamanov dəfn edildi – FOTO/YENİLƏNİB   - foto 1
Bakıda polis serjantı Xəzər Zamanov dəfn edildi – FOTO/YENİLƏNİB   - foto 2
Bakıda polis serjantı Xəzər Zamanov dəfn edildi – FOTO/YENİLƏNİB   - foto 3
Bakıda polis serjantı Xəzər Zamanov dəfn edildi – FOTO/YENİLƏNİB   - foto 4
Bakıda polis serjantı Xəzər Zamanov dəfn edildi – FOTO/YENİLƏNİB   - foto 5
Bakıda polis serjantı Xəzər Zamanov dəfn edildi – FOTO/YENİLƏNİB   - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO