Şahdağa və Zaqatalaya qar yağıb - FAKTİKİ HAVA 

Şahdağa və Zaqatalaya qar yağıb - FAKTİKİ HAVA 

Hazırda oxunan: Şahdağa və Zaqatalaya qar yağıb - FAKTİKİ HAVA 
155698
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, senytabrın 18-i saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. 

Şahdağda, Zaqatala rayonunun dağlıq ərazilərində qar yağıb. 

Düşən yağıntının miqdarı Astarada 121 (aylıq normanın 61%-i) , Balakəndə 111 (aylıq normanın 131%-i), Zaqatalada (aylıq normanın 112%-i) 95, Qaxda (aylıq normanın 38%-i) 45, Yardımlıda 20, Qusarda 19, Xaltanda 16, Xınalıqda 14, Qubada 12, Şahdağda 11, Ağdamda 10, Lənkəran, Xaltan, Şəki , Xaçmaz, Qobustan, Neftçala, Göyçay, Cəfərxan, Qəbələ, Oğuz, Tərtər, Biləsuvar, Şirvan, Sabirabad, İmişli, Zərdab, Yevlax, Mingəçevir, Şabran, Daşkəsən, Gəncədə 9, Bakı və Maştağada 5, Sumqayıtda 4, Binə və Pirallahıda 2 mm-dək olub. 

Sentyabrın 17-i saat 23:00 radələrində Zaqatala rayonuna diametri 8-10 mm olan dolu düşüb. Hazırda Zaqatala rayonu ərazisindən keçən Talaçaydan, Şəki rayonu ərazisindən keçən Şinçaydan sel keçir. 
Qrız, Qusar, Şahdağ və Lerikdə duman müşahidə olunub. 

Şimal-qərb küləyi əsib, arabir Zaqatala və Balakəndə 25, Neftçalada arabir 20, Naftalanda arabir 18, Bakıda və Abşeron yarımadasında arabir 25-27 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO