Şəki Mərkəzi Xəstəxanasına müasir KT aparatı GƏTİRİLİB 

Şəki Mərkəzi Xəstəxanasına müasir KT aparatı GƏTİRİLİB 

Hazırda oxunan: Şəki Mərkəzi Xəstəxanasına müasir KT aparatı GƏTİRİLİB 

155451

Şəki Rayon Mərkəzi Xəstəxanasında müasir kompüter tomoqrafiyası (KT) fəaliyyətə başlayıb

Bizim.Media-ya bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Zamira Adilova məlumat verib.

Onun sözlərinə görə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin infrastrukturun və maddi-texniki bazasının təkmilləşdirilməsi davam etdirilir:

“Həyata keçirilən işlərin davamı kimi Şəki Rayon Mərkəzi Xəstəxanasında kompüter tomoqrafiyası (KT) yenilənib. 

Artıq 10-dan çox pasiyent sözügedən xidmətdən yararlanıb. 

Yeni KT 64 slayslı kontraslı və nativ çəkiliş, eləcə də 3D görüntüləmə, yüksək ayırdetmə və aşağı dozalı skanetmə qabiliyyətinə malikdir”.

Qurum rəsmisi əlavə edib ki, kompüter tomoqrafiyası daxili orqanların, sümüklərin, yumşaq toxumaların və qan damarlarının təfsilatlı görüntüsünü əldə etmək üçün istifadə olunan şüa diaqnostikası metodudur:

“Bu metodun əsasını rentgen şüalarının istifadəsi təşkil edir.

Adi rentgen müayinəsindən fərqli olaraq, kompüter tomoqrafiyası bir sıra toxumaların, həmçinin ağciyərin, sümüklərin və qan damarlarının təfərrüatlı görüntüsünü verir, görüntüləməni real zaman rejimində təmin edir. Kompüter tomoqrafiyasının köməyi ilə təyin olunmuş diaqnoz, diaqnostik cərrahi müdaxiləyə və yaxud biopsiyaya ehtiyacı aradan qaldıra bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO