Ağalıda daha 25 ailəyə evlərinin açarları təqdim olunub - FOTO/VİDEO

Ağalıda daha 25 ailəyə evlərinin açarları təqdim olunub - FOTO/VİDEO

Hazırda oxunan: Ağalıda daha 25 ailəyə evlərinin açarları təqdim olunub - FOTO/VİDEO
155042
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün 123 sakindən ibarət 25 ailə Bakı şəhərindən köç karvanı ilə Zəngilan rayonunun Ağalı kəndinə yola salınıb. 

Bizim.Media xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və digər rəsmi şəxslər “Ağıllı kənd”də Ağalı sakinlərini qarşılayıb.  

Daha sonra ata-baba yurdlarına köçürülən keçmiş məcburi köçkünlərə mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər. 

Bugünədək Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 133 ailə, 649 nəfər köçürülüb. 
Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar. 

Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair imkanlar mövcuddur. 

Hazırda Ağalı kəndinə növbəti ailələrin köçürülməsi üçün də hazırlıq işləri görülür və bu prosesin qarşıdan gələn aylarda reallaşdırılması nəzərdə tutulub.
 

 

Ağalıda daha 25 ailəyə evlərinin açarları təqdim olunub - FOTO/VİDEO - foto 1
Ağalıda daha 25 ailəyə evlərinin açarları təqdim olunub - FOTO/VİDEO - foto 2
Ağalıda daha 25 ailəyə evlərinin açarları təqdim olunub - FOTO/VİDEO - foto 3
Ağalıda daha 25 ailəyə evlərinin açarları təqdim olunub - FOTO/VİDEO - foto 4
Ağalıda daha 25 ailəyə evlərinin açarları təqdim olunub - FOTO/VİDEO - foto 5
Ağalıda daha 25 ailəyə evlərinin açarları təqdim olunub - FOTO/VİDEO - foto 6
Ağalıda daha 25 ailəyə evlərinin açarları təqdim olunub - FOTO/VİDEO - foto 7

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO