Faktiki HAVA: Güclü külək əsib, leysan yağıb

Faktiki HAVA: Güclü külək əsib, leysan yağıb

Hazırda oxunan: Faktiki HAVA: Güclü külək əsib, leysan yağıb
154198
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. 

Balakən-Şəki zonasının bəzi yerlərində yağıntılar intensiv və güclü olub. Bakıda və Abşeron yarımadasında da səhər saatlarında şimşək çaxıb, arabir yağış yağıb.

Düşən yağıntının miqdarı Qaxda 155 (aylıq normanın 183%-i), Zaqatalada 84 (aylıq normanın 99%-i), Şəkidə 46 (aylıq normanın 68%-i), Qəbələdə 24 (aylıq normanın 31%-i), Astarada 18, Oğuzda 13, Lənkəranda 12, Altıağacda 10, Xaltanda 7, Qrız, Şahdağda 6, Qusar, Quba, Yardımlı, Sabirabad, Cəfərxan, Bakı və Abşeron yarımadasında 5 mm-dək olub. 
Şimal-qərb küləyi əsib, arabir Zaqatalada 25-30 m/s, Şəki, Goranboy, Naftalan, Tərtərdə 18 m/s-dək güclənib.

Sentyabrın 7-də Zaqatala rayonunun Masex kəndinə dolu düşüb.

Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində sentyabrın 7-də Zərdab rayonu ərazisindən keçən Qarasuçay, Qəbələ rayonu ərazisindən keçən Tikanlıçay, Quba rayonu ərazisindən keçən Vəlvələçay, Zaqatala rayonu ərazisindən keçən Böyükçay, sentyabrın 8-də isə Şəki rayonu ərazisindən keçən Çuxadurmazçay və Damarçınçay, Zaqatala rayonu ərazisindən keçən Talaçay, Qax rayonu ərazisindən keçən Ağçay və Kürmükçay çaylarından sel keçib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO