“Qızılqum” çimərliyində batma təhlükəsi ilə üzləşən ata və iki oğlu xilas olunub - VİDEO

“Qızılqum” çimərliyində batma təhlükəsi ilə üzləşən ata və iki oğlu xilas olunub - VİDEO

Hazırda oxunan: “Qızılqum” çimərliyində batma təhlükəsi ilə üzləşən ata və iki oğlu xilas olunub - VİDEO
151794
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bakı şəhərinin Sabunçu rayonunda “Qızılqum” çimərliyinin ərazisində 3 nəfər vətəndaşın çimərkən batma təhlükəsi ilə üzləşdiyi müşahidə olunub. 

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1975-ci il təvəllüdlü Camalov Avtandil Yusif oğlu, 2004-cü il təvəllüdlü Camalov Tural Avtandil oğlu və 2006-cı il təvəllüdlü Camalov Vüsal Avtandil oğlu “Qızılqum” dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilərək həkim briqadasına təhvil verilib. 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO