Sərnişinlər uçuşa 48 saat qalmış qeydiyyatdan keçə BİLƏCƏKLƏR 

Sərnişinlər uçuşa 48 saat qalmış qeydiyyatdan keçə BİLƏCƏKLƏR 

Hazırda oxunan: Sərnişinlər uçuşa 48 saat qalmış qeydiyyatdan keçə BİLƏCƏKLƏR 
149958
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) onlayn qeydiyyatdan keçmə müddətini artırıb. İndi sərnişinlər əvvəlki 24 saat əvəzinə, uçuşa 48 saat qalmış qeydiyyatdan keçə bilərlər. 

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb. 

Onlayn qeydiyyat vaxtının 48 saata qədər uzadılması sərnişinləri daha çox rahatlıq və çevikliklə təmin edəcək. Bu xidmət onlara səyahətlərini daha diqqətli planlaşdırmağa kömək edəcək. 

Onlayn qeydiyyat sərnişinlərə əvvəlcədən təyyarənin göyərtəsində oturacaq seçməyə və hava limanında qeydiyyat üçün növbələrdən yayınmağa, bununla da vaxta qənaət etməyə imkan verən rahat xidmətdir. 
Onlayn qeydiyyatdan keçmək üçün sərnişinlər aviaşirkətin www.azal.az rəsmi saytına daxil olmalıdırlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO