Ağdamda faciə: Ata və üç oğlu minaya düşdü - YENİLƏNİB

Ağdamda faciə: Ata və üç oğlu minaya düşdü - YENİLƏNİB

Hazırda oxunan: Ağdamda faciə: Ata və üç oğlu minaya düşdü - YENİLƏNİB

14943

Xəbər verdiyimiz kimi, Ağdamda mülki şəxslər minaya düşüb. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər- Hüseynov Razi həlak olub.  
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağın mina xəritəsini kim oğurlayıb? – Məğlubiyyətin “HALO Trust” sığortası  


Ümumilikdə isə 6 nəfər - Hüseynov Akif Muxtar oğlu, onun üç oğlu - Hüseynov Razi Akif oğlu, Hüseynov Bayram Akif oğlu, Hüseynov Anar Akif oğlu və nəvəsi Hüseynov Hüseyn Razi oğlu və ailənin tanışı , Laçın rayon sakini Abdullayev Bəhruz Nadir oğlu minaya düşüb. 

Nəticədə Razi Hüseynov dünyasını dəyişib, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

***

Ağdamda mülki şəxslər minaya düşüb.

Bizim.Media xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Ata üç oğlu ilə birgə minaya düşüb. İlkin məlumata görə, əvvəl onlardan ikisi minaya düşüb. Yaralıları ərazidən çıxarmaq istəyərkən digər iki nəfər də minaya düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO