Tovuzda QƏZA: 3 nəfər xəsarət aldı - FOTO

Tovuzda QƏZA: 3 nəfər xəsarət aldı - FOTO

Hazırda oxunan: Tovuzda QƏZA: 3 nəfər xəsarət aldı - FOTO

149364

Tovuzda Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. İki "Mercedes" markalı avtomobil toqquşub. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə yerinə FHN-in xilasediciləri, yanğınsöndürən maşınları və təcili tibbi yardım briqadası cəlb olunub. 

Nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb. Bunlar Tovuz şəhər sakini 27 yaşlı Elməddin Mirzəyev, rayonun Bozalqanlı kənd sakinləri 19 yaşlı Gülay və 23 yaşlı Günay Tofiq qızı Qasımova bacılarıdır. Onlar dərhal mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir. 
Hadisə zamanı avtomobildə bir yaşlı körpə uşaq olsa da, xoşbəxtlikdən heç bir xəsarət almayıb. 

Faktla bağlı araşdırma aparılır. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO