Tanınmış jurnalist vəzifəsindən AYRILDI – FOTO  

Tanınmış jurnalist vəzifəsindən AYRILDI – FOTO  

Hazırda oxunan: Tanınmış jurnalist vəzifəsindən AYRILDI – FOTO  

149278

Tanınmış jurnalist İlham Məmmədzadə “Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr, Marketinq və Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsindən ayrılıb. 

Bizim.Media xəbər verir ki, o, bu barədə “Facebook” hesabında paylaşım edib. 

"Son günlər "Yeni Klinika" ilə bağlı ölkə mediasında gedən yazılara münasibət bildirilməsini, açıqlama almaq istəyən media dostlarımıza söyləmək istəyirəm ki, mən artıq iyul ayının sonlarından bu tibb müəssisəsində çalışmıram. 

"Yeni Klinika"nın sabiq direktor vəzifəsini icra edən, baş həkim, ən əsası isə dürüst və gözəl insan, peşəkar həkim Cavid Paşayevdən sonra mənim də orada qalmağım mümkün deyildi. O səbəbdən ərizə yazaraq işdən ayrıldım. 

Fəaliyyət göstərdiyim ötən dövr qısa olsa da, mümkün imkanlardan istifadə edərək "Yeni Klinika"nın fəaliyyətinin ictimaiyyətə tanıdılması, işıqlandırılması istiqamətində əlimizdən gələni etdik. Bu işdə bizə dəstək olan hər bir media dostlarımıza dərin təşəkkürümü bildirirəm. Yaxın günlərdə yeni ünvanda görüşənədək", - paylaşımda deyilir. 
Qeyd edək ki, İlham Məmmədzadə ötən ildən "Yeni Klinika"da çalışırdı. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO