13 yaşlı həmyerlimiz beynəlxalq olimpiadada gümüş medal QAZANDI – FOTO  

13 yaşlı həmyerlimiz beynəlxalq olimpiadada gümüş medal QAZANDI – FOTO  

Hazırda oxunan: 13 yaşlı həmyerlimiz beynəlxalq olimpiadada gümüş medal QAZANDI – FOTO  

148186

“Mən gələcəkdə riyaziyyat sahəsində biliklərimi daha da təkminləşdirərək Azərbaycanın bayrağını beynəlxalq müsabiqələrdə daha da yüksəklərə qaldırmaq arzusundayam. Mənim riyaziyyata, informatika və məntiqə olan marağım öz istəyimdən qaynaqlanıb. Bu fənnləri çox sevirəm və böyük marağım var. Hesab edirəm ki, bundan sonra da elmin bu vacib sahələrində uğurlar qazanacam”.  

Bu fikirləri iyulun 23-də Sinqapurda keçirilən Singapore International Math Olympiad Challenge SİMOC olimpiadasının gümüş mükafatçısı, Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 8-ci sinif şagirdi Rəsul Səlimzadə Bizim.Media-ya açıqlamasında deyib. 

Dəqiq elmlər üzrə fitri istedada malik Asiyanın ən nüfuzlu riyaziyyat müsabiqələrindən olan AMO və SASMO olimpiadalarının qaliblərinin öz biliklərini sınadığı olimpiadada ən yaxşılardan biri olub: 

“Beynəlxalq olimpiadanın əsas mərhələsində ABŞ, Kanada, Sinqapur, Çin, Yaponiya, Birləşmiş Krallıq, Türkiyə, Hindistan kimi ölkələrin şagirdlərinin də daxil olduğu 34 ölkədən ümumilikdə 1700-ə yaxın şagird iştirak edirdi. Azərbaycanı 129 şagird təmsil edirdi. Suallar test şəkildə deyil, açıq formada təqdim edilmişdi.

Məhdud vaxt çərçivəsində hər bir sualın cavabını həll etməli idik. Suallar təkcə riyaziyyat fənni üzrə deyil, eyni zamanda riyazi məntiq əsasında tərtib olunmuşdu. Çox xoşbəxtəm ki, öz biliyimlə ən yüksək nəticələr göstərən şagirdlər arasında oldum”. 

Olimpiadanın gümüş mükafatçısı Azərbaycanlı şagirdlərin mükafatlandırılması mərasimində səhnəyə dəvət olunarkən üç rəngli şanlı bayrağımızı dalğalandırdıqlarını da xüsusi vurğulayıb: 

“Belə bir beynəlxalq turnirdə ölkəmizi təmsil etdiyim üçün qürur duyuram. Azərbaycan müsabiqədə iştirak edən 34 ölkə arasında medal sayına görə 5-ci yeri tutdu. Buna görə çox sevinirəm. Bu Azərbaycan təhsilinin inkişafının göstəricisidir”, - deyə R. Səlimzadə əlavə edib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO