Dövlət Proqramı təqaüdçüləri 15 ölkənin 52 nüfuzlu ali məktəbində təhsil alacaq

Dövlət Proqramı təqaüdçüləri 15 ölkənin 52 nüfuzlu ali məktəbində təhsil alacaq

Hazırda oxunan: Dövlət Proqramı təqaüdçüləri 15 ölkənin 52 nüfuzlu ali məktəbində təhsil alacaq
147498
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2023-2024-cü tədris ili üzrə ilkin qəbulun nəticələrinə əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təqaüdçüləri dünyanın 15 ölkəsinə aid 52 nüfuzlu xarici ali təhsil müəssisəsində təhsil alacaq. 

Bu barədə Bizim.Media-ya Dövlət Proqramı idarəetmə qrupundan məlumat verilib. 

Bildirilib ki, təqaüd qazanan tələbələr prioritet ixtisas istiqamətləri üzrə Türkiyə Respublikası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları, İtaliya Respublikası, Avstraliya İttifaqı, Belçika Krallığı, Fransa Respublikası, İsveç Krallığı, İsveçrə Konfederasiyası, Niderland Krallığı, Almaniya Federativ Respublikası, Çin Xalq Respublikası, Sinqapur Respublikası kimi ölkələrdə təhsil alacaqlar. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO