Göyçayda tullantıları zibil qutusuna atmayanlar CƏRİMƏLƏNİB - FOTO

Göyçayda tullantıları zibil qutusuna atmayanlar CƏRİMƏLƏNİB - FOTO

Hazırda oxunan: Göyçayda tullantıları zibil qutusuna atmayanlar CƏRİMƏLƏNİB - FOTO

147065

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib.  

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-nın Aran bürosuna verilən məlumata görə, keçirilən tədbirlər zamanı bəzi şəxslər tərəfindən ətraf mühitin çirkləndirilməsi halları aşkarlanıb.  

Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunaraq onların hər biri barəsində inzibati tənbeh tədbiri görülüb.  




Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO