Xaçmazda əkiz qardaşların mülk davası - Hər ikisi canından oldu - YENİLƏNİB

Xaçmazda əkiz qardaşların mülk davası - Hər ikisi canından oldu - YENİLƏNİB

Hazırda oxunan: Xaçmazda əkiz qardaşların mülk davası - Hər ikisi canından oldu - YENİLƏNİB

145065

Xaçmaz rayonunda əkiz qardaşların meyitinin tapılmasının təfərrüatı məlum olub.

Bizim.Media-nın bölgə müxbiri xəbər verir ki, Bakı şəhər sakinləri - 1992-ci il təvəllüdlü İsgəndərov Orxan Mirzə oğlu rayonun Yalama qəsəbəsi, Meşəli kəndinə babasına məxsus mülkün ona aid olduğunu bildirib.

Daha sonra onun əkiz qardaşı Kamranla arasında əlbəyaxa dava düşüb. Bu zaman qardaşlardan biri bıçaqla digərinin başını kəsib, sonra özünə xəsarət yetirib. Nəticədə hər iki şəxs ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq edilir.

*** 14:53

Xaçmaz rayonunda ağır qətl hadisəsi törədilib.

Bizim.Media-nın bölgə müxbiri xəbər verir ki, hadisə Nabran qəsəbəsində yerləşən istirahət mərkəzlərindən birində baş verib.

Belə ki, mübahisə zamanı iki qardaş bir-birini öldürüb.

Hazırda hadisə yerində polis və prokurorluq əməkdaşları tərəfindən təhqiqat aparılır.

Ətraflı məlumat veriləcək.

Aytəkin Alxaslı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO