Daşkəsəndə güclü sel can aldı - FOTO

Daşkəsəndə güclü sel can aldı - FOTO

Hazırda oxunan: Daşkəsəndə güclü sel can aldı - FOTO

143826

Bu gün axşam saat 20:00 radələrində Daşkəsənə yağan güclü leysan yağışları nəticəsində bir nəfər həyatını itirib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində, Əyri çaydan keçən güclü sel rayonun Təzəkənd sakini, 2000-ci il təvəllüdlü Elgün Məhərrəm oğlu Orucovu aparıb.  

Ərazi mülki müdafiə qüvvələri tərəfindən Qabaqtəpə kəndinin ərazisində cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.  

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO