1 şəhər və 4 rayonda qaz KƏSİLDİ

1 şəhər və 4 rayonda qaz KƏSİLDİ

Hazırda oxunan: 1 şəhər və 4 rayonda qaz KƏSİLDİ

142875

Bu gün 1 şəhər və 4 rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. 

Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla bağlı “Mingəçevir 1-ci xətt”, "İmişli-1" və "İmişli-2” qaz ölçü qovşaqlarından qidalanan qaz təchizatı şəbəkəsində, həmçinin “Qax” QPS-də görüləcək profilaktik sazlama və quraşdırma işləri ilə əlaqədar iyunun 23-də saat 09:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə İmişli və Qax rayonlarının, eləcə də Mingəçevir şəhərinin tam olaraq, Yevlax və Saatlı rayonlarının isə kiçik bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO