Yeni rektor prorektor və dekanlara tapşırıqlar verdi- FOTO

Yeni rektor prorektor və dekanlara tapşırıqlar verdi- FOTO

Hazırda oxunan: Yeni rektor prorektor və dekanlara tapşırıqlar verdi- FOTO

142671
İyun ayının 28-29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şura keçirib.xa0

ADPU-nun Mətbuat və informasiya şöbəsindən Moderator.az -a verilən məlumata görə, Rektoryanı Şurada ADPU-nun prorektorları, fakültə dekanları və struktur bölmələrinin rəhbərləri iştirak ediblər. Rektoryanı Şuranın keçirilməsində məqsəd ADPU-da mövcud vəziyyəti təhlil etmək, eləcə də qarşıda duran vəzifələri və əsas inkişaf perspektivlərini müəyyənləşdirmək idi.

ADPU”“nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranı giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsilin inkişafını ölkəmizin davamlı inkişaf strategiyasını əsas istiqamətlərindən biri elan edib. Dövlət başçımız cənab İlham Əliyevin bu strateji çağırışı bizim qarşımızda böyük vəzifələr qoyub. Ölkəmizin gələcəyi savadlı, bilikli, yüksək intellekt səviyyəsinə malik və milli-mənəvi dəyərlərimizə sadiq vətənpərvər gənclərdən asılıdır. Rektor Cəfər Cəfərov qeyd edib ki, biz ADPU-da mövcud vəziyyəti təhlil etməli, universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, nöqsan və qüsurların aradan qaldırılması, səmərəli və çevik idarəetmə mexanizminin qurulması, həyata keçiriləcək struktur islahatları ilə bağlı öz fikir və mülahizələrimizi bölüşməli, təkliflər irəli sürməliyik.

Rektoryanı Şurada ADPU-nun Tədris işləri üzrə prorektoru, professor Malik Cəbrayılov, Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov, Tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev, ADPU rektorunun müşaviri, professor Vilayət Əliyev, Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Mehdi Abdullayev, İnzibati-təsərrüfat işləri üzrə prorektoru, dosent Səfər Hüseynov, Ümumi işlər üzrə prorektoru Əbdül Xalıqov çıxış edərək universitetdə tədris prosesinin vəziyyəti, imtahan sessiyasının gedişi, pedaqoji təcrübə, universitetin beynəlxalq əlaqələri, əmək nizam-intizamı, universietin maddi-texniki bazası, elmi-pedaqoji kadr potensialı, keçirilən ictimai-mədəni tədbirlər, bu ali təhsil müəssəsində tədris prosesinə və imtahan sessiyasının gedişinə ictimai nəzarəti həyata keçirəcək İctimai Şuranın yaradılması istiqamətində görülən işlər barədə məlumat veriblər. Onlar eyni zamanda ADPU-da struktur islahatlarının həyata keçirilməsi və idarəetmənin çevik mexanizminin formalaşması ilə bağlı öz təkliflərini səsləndiriblər.

Rektoryanı Şurada Tədris-metodika şöbəsinin müdiri, dosent Namiq Hacıyev, Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Kimya və biologiya fakültəsinin dekanı vəzifəsini icra edən, professor Bəhlul Ağayev, Fizika və texnologiya fakültəsinin dekanı, professor Mirzəli Murzuqov, İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, Tarix və coğrafiya fakültəsinin dekanı vəzifəsini icra edən, dosent Rəcəb Əliyev, Riyaziyyat və informatikaxa0fakültəsinin dekanı, dosent Maqsud Nəcəfov, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, dosent Şəhla Əliyeva, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq faküləsinin dekanı, dosent Laçın Həsənova, Əlavə təhsil fakültəsinin dekanı, dosent Vaqif İsrafilov, Magistratura və doktorantura şöbəsinin müdiri, professor İbrahim Bayramov, Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Yaşar Hüseynəliyev, “İKT, Monitorinq və Qiymətləndirmə Mərkəzi”x9dnin direktoru, dosent İlham Əhmədov, Əcnəbi tələbələrlə iş üzrə şöbənin müdiri, dosent Nurəddin Uluxanlı, SABAH qruplarının koordinator-rəhbəri Lalə Mürsəlbəyova, Elmi kitabxananın direktoru Azər Hüseynov, Baş mühasib Nəsrəddin Musayev, Plan-maliyyə şöbəsinin rəisi Əziz Şərifov, Mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov, Nəşriyyat şöbəsinin müdiri Hüseyn Hacıyev, Tələbələr üzrə inspektor Şəhla Muradova, Dəftərxananın müdiri Xuraman Əliyeva, Hərbi səfərbərlik və Xüsusi şöbənin müdiri Telman Budaqov, Mülki müdafiə qərargahının rəisi Cövdət Lətifov və başqaları çıxış edərək görülən işlər, həyata keçirilən tədbirlər və qazanılan uğurlar haqqında məlumat veriblər. Çıxış edənlər təmsil etdikləri fakültələrdə və struktur bölmələrdə mövcud olan nöqsan və çatışmazlıqları diqqətə çatdıraraq onların aradan qaldırılması yolları, həmçinin universitetdə tədrisin və təhsilin keyfiyyətinin yüksəldilməsi, struktur islahatları, idarəetmənin təkmilləşdirilməsi, təhsildə keyfiyyətin idarə edilməsi, diferensiallaşdırılmış əməkhaqqı sisteminə keçirilməsi, eləcə də universitetin nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi və kütləvi informasiya vasitələri ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı təkliflər irəli sürüblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şurada bildirib ki, hazırda universitetdə şəffaf və obyektiv təhsil mühitinin yaradılması, yeniliyin və müasirliyin təmin edilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunması, bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq rəqabətəqabiliyyətli mütəxəssislərin hazırlanması əsas vəzifələrdir. Əmək bazarının tələbləri öyrənilməli və bu tələblərə cavab verə biləcək pedaqoji kadrların hazırlanması istiqamətində səmərəli və məqsədyönlü iş aparılmalıdır. Kafedralar, elmi-tədqiqat laboratoriyaları fəaliyyətlərini genişləndirməli, yüksək elmi nəticələrə nail olmalıdırlar. Rektor C.Cəfərov xüsusi qeyd edib ki, universitetdə 2016-2026-cı illəri əhatə edəcək Strateji İnkişaf Planı hazırlanacaqdır. ADPU-da mütəmadi olaraq respublika və beynəlxalq miqyaslı konfranslar, simpoziumlar, seminarlar, treninqlər, olimpiadalar, təhsil karyera sərgiləri keçirilməlidir. ADPU orta təhsil müəssisələri ilə əlaqələri genişləndirməlidir. Eyni zamanda ADPU öz məzunları ilə sıx əlaqə saxlamalı, onları universitetin ümumi inkişaf prosesinə cəlb etməlidir. Universitet elmi kəşflərin və ixtiraların biznes layihələri, qrant layihələri ilə birləşdiyi bir məkana çevrilməlidir. Tələbə-gənclər universitetin idarə edilməsinəxa0yaxından cəlb edilməli, onların yaradıcı təşəbbüsləri nəzərə alınmalıdır. Universitetinin saytının rus və ingilis dillərində versiyaları hazırlanmalı, yeni loqosu yaradılmalı, veb-səhifəsi yenilənməli, daxili radio yaradılmalı, təhsilin idarə edilməsində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından maksimum istifadə edilməli, kütləvi informasiya vasitələri ilə əməkdaşlığı genişləndirilməli, bir sözlə, universitetin yeni imici formalaşdırılmalıdır.

Tədbirin sonunda ADPU-nun rektoru, professor Cəfər Cəfərov prorektorlara, fakültə dekanlarına və struktur bölmələrinin rəhbərlərinə Rektoryanı Şurada qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi ilə bağlı səslənən fikirlərin universitetin bütün kollektivinə çatdırılmasını tapşırıb və yaxın vaxtlarda fakültələrdə görüşlər keçirəcəyini bildirib.




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO