Hansı meyvələrdən uzaq durmalıyıq? – Qida mütəxəssisindən MARAQLI AÇIQLAMA

Hansı meyvələrdən uzaq durmalıyıq? – Qida mütəxəssisindən MARAQLI AÇIQLAMA

Hazırda oxunan: Hansı meyvələrdən uzaq durmalıyıq? – Qida mütəxəssisindən MARAQLI AÇIQLAMA

141084

“25 yaşınadək insanlar orqanizmləri inkişafda olduğu üçün GMO (geni modifikasiya olunmuş) meyvələrdən uzaq durmalıdırlar. Əks təqdirdə həmin insanlarda həm əqli cəhətdən, həm daxili orqanların sağlam inkişafında problemlər yaranır”.

Bu fikirləri GMO meyvələrdən Bizim.Media-ya danışan qida üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Meyvə və tərəvəzlərdən zəhərlənməmək üçün NƏ ETMƏLİ? – Mütəxəssisdən XƏBƏRDARLIQ


O bildirib ki, Azərbaycan meyvə-tərəvəzin bütün mövsümlərdə bol olduğu bir ölkədir:

“Bu meyvələrin bir qismi yerli istehsal olsa da bir hissəsi də xarici ölkələrdən gətirilir. Bu məhsullar arasında GMO məhsullar da var. Halbuki GMO məhsullarını çox zaman alıcılara hibrid və xarici məhsul kimi təqdim edirlər. Amma bir məsələni untmayaq ki, mövsümi meyvələri almaq daha təhlükəsiz və məsləhətlidir. 

Üstəlik insan orqanizmi elə kodlaşdırılıb ki, yaşadığı ərazidən 400 kilometr radiusda yetişən meyvələri daha tez həzm edir və  ondan daha çox faydalanır. Lakin yay mövsümünə xarakterik olan GMO meyvələri qış mövsümündə istehlak ediriksə, bilməliyik ki, onun qida dəyəri çox aşağıdır. Belə olan halda orqanizmimizin ehtiyac duyduğu minerallardan məhrum oluruq.
Nəticədə oranizmimizdə xramosom balans pozulur, orqanizm inkişafdan geri qalır. Bundan başqa GMO məhsullar aqressivliyi artırır, mineral çatışmazlığına səbəb olur. Orqanizmi güclü olan insanlarda bu anındaca hiss olunmasa da müyyən fəsadlarını allergiq formada göstərir. Bundan başqa həzm prosesi çətinləşir. Lakin bir çox insanlar üzləşdikləri bu problemin nədən qaynaqlandığını bir çox hallarda bilmirlər. 

ÜST-nın və dünya alimlərinin araşdırmaları göstərir ki, GMO ilə mütəmadi qidalanan insanlarda xərçəng yaranma və daxili orqanların xəstəliklərə mübtəla olma riski daha yüksəkdir. Ona görə də GMO məhsullarından uzaq durmaq daha yaxşıdır. 

Baxmayaraq ki, qanunla GMO məhsulların satışı qadağan edilib, amma istehlak bazarında kifayət qədər bu cür məhsullar var. Məsələn, ilin bütün fəsillərində qarğıdalıya rast gəlirik. Bu qarğıdalıların böyük hissəsi GMO-dur. Və orqanizmimiz üçün əsl təhlükə mənbəyidir”.

Bəs, GMO meyvələri necə ayırd etmək olar?

Məhsəti Hüseynova bunun çox asan oduğunu bildirib:

“GMO meyvələri ilk baxışdan müəyyən etmək mümkündür. Belə məhsullar daha parlaq görünür və ölçüləri bir-birini təkrarlayır.Günlərlə qalsa da xarab olmayan GMO meyvələr qurdlamır, rəngi dəyişmir. Onu doğradıqda belə rəngi dəyişmir. Heç bir ətir vermir. 

Biz həmin məhsulları qəbul etdikdə dadsız bir material olaraq hiss edirik. Halbuki, təbii günəş altında yetişən meyvələr ölçüsünə, görünüşünə görə fərqli, eləcə də dadlı və ətirli olur. Bundan başqa orqanik meyvələr daha tez xarab olur və qurdlayır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO