"Dövlət qurumlarından narazıyam, sorğularımıza cavab vermirlər" - Deputatdan SƏRT TƏNQİD

Hazırda oxunan: "Dövlət qurumlarından narazıyam, sorğularımıza cavab vermirlər" - Deputatdan SƏRT TƏNQİD

141003

"Nə məhkəmə sistemindən, nə səhiyyədən, nə təhsildən, nə də icra hakimiyyəti orqanlarından razıyam. İstənilən sorğulara ya cavab vermirlər, ya da bir qayda olaraq baxılmaq üçün aşağı təşkilatlara göndərirlər". 

Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili Etibar Əliyev "Dövlət orqanlarının göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsi" adlı analitik hesabatla bağlı tədbirdə səsləndirib.

Onun sözlərinə görə deputat məmnunluğu ilə bağlı da tədqiqatlar aparılmalıdır:

"Bunlar olduqca cəmiyyət və dövlət üçün faydalı tədqiqatlardır. Həmçinin sosioloji sorğuların keçirilməsinə yer verilməlidir ki, dinləmələrdən çıxan təkliflər gələcək tədqiqatlar üçün əhəmiyyətli olsun".

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO