"Məhəmməd Hatəmi Tantəkin tarixi şəxsiyyət kimi anılacaq"

Hazırda oxunan: "Məhəmməd Hatəmi Tantəkin tarixi şəxsiyyət kimi anılacaq"

140857

1988-ci ildə başlamış milli-azadlıq mübarizəsinin liderlərindən olan Məhəmməd Hatəmi Tantəkin vəfat edib. Onun vəfatı ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev başsağlığı verib.xa0

Başsağlığında deyilir:

"Məhəmməd Hatəmi Tantəkin 1988-ci ildə vüsət almış Milli Azadlıq Hərəkatının liderlərindən biri kimi Azərbaycanın müstəqilliyi yolunda misilsiz xidmətləri olmuş şəxslərdəndir. Azərbaycanın azadlığı uğrunda hərəkatçı kimi meydanlarda döyüşən Məhəmməd Hatəmi Tantəkin, ərazi bütövlüyümüz uğrunda da cəbhədə döyüşdü. Qarabağ cəbhəsində "Milli Qurtuluş" batalyonunun tərkibində döyüşlən Məhəmməd Hatəmi Tantəkin eyni adlı partiya təsis edərək Milii Qurtuluşumuz uğrunda həm də siyası mübarizə apardı. O, müstəqil, azad Azərbaycanın şəksiz əsas memarlarından biridir. Bu səbəbdən də Məhəmməd Hatəmi Tantəkinin bu dünyadan köçməsi bütövlükdə Azərbaycan üçün ağır itgidir. Bizi dərindən sarsıdan bu itgimizlə bağlı bütün xalqımıza Allahdan səbr diləyirik. Məhəmməd Hatəmi Tantəkinə Allahdan rəhmət diləyir, yeri Cənnət, ruhu şad olsun deyirik. Xalqın qəlbində abidəsi ucalmış Məhəmməd Hatəmi Tantəkini heç şübhəsiz ki, gələcək nəsillər tarixi şəxsiyyət kimi anacaq."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO