Kərəm Həsənov Yardımlıda vətəndaşlarla görüşdü   -Foto

Kərəm Həsənov Yardımlıda vətəndaşlarla görüşdü -Foto

Hazırda oxunan: Kərəm Həsənov Yardımlıda vətəndaşlarla görüşdü -Foto

138324
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Yardımlıda vətəndaşlarla görüşüb.

Moderator.az xəbər verir ki, komitə sədri Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar  rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib. Müraciətlər fərdi həyət evi, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması  ilə bağlı olub.

Eyni zamanda, bir sıra müraciətlər pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı olub. Bir neçə vətəndaş isə dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Bir sıra müraciətlər isə torpaqların təyinatına və hüquqi rejiminə uyğun istifadəsi barədə olub. Görüşdə səsləndirilən bir sıra müraciətlərin dərhal həlli üçün komitə sədri tərəfindən göstərişlər verilib. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətinə aid olmayan müraciətlərin isə aidiyyəti üzrə çatıdırılacağı vətəndaşlara bildirilib.







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO