
- A-
- A
- A+
Cəmiyyət
16:52 / 27.05.2023
1 dəq oxunma
Oğuzda QƏZA: Xəsarət alanlar var - FOTO
Hazırda oxunan: Oğuzda QƏZA: Xəsarət alanlar var - FOTO
138295
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Oğuzun Padar kəndi ərazisində iki avtomobil toqquşub. Qaraməruyəm- İsmayıllı-Şəki avtomobil yolunun Oğuzdan keçən hissəsində baş verən qəzada iki nəfər xəsarət alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza avtomobillərdən birinin digərini ötmə zamanı baş verib.
Belə ki, "VAZ-2107" markalı avtomobil “Mercedes”lə toqquşub. Bu zaman "VAZ-2107"də olan sərnişinlər 62 yaşlı Kəmalə Qaziyeva və 25 yaşlı Şəlalə Rəsullu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralıya ilkin tibbi yardım göstərilib. Müalicələri xəstəxanada davam etdirilir.
Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün





































































































